DİZAYN

DİZAYN

Biz bu yaxınlarda ürək ağrısıyla Chrysler şirkətinin sabiq əməkdaşını, yüksək səviyyəli avtomobil mühəndisini -Jim Thornthonu 2 iyun 2014-cü ildə 77 yaşında itirdiyimiz barədə məlumat verdik. Ola bilsin ki, onun adını xatırlamaq üçün “əzələli” avtomobillərin sadiq pərəstişkarı və avtomobil yarışlarının tutqunu olmalısınız, buna baxmayaraq, sadəcə Ramchargerlərin üzvü olduğunu qeyd etməklə, Thorntonun avtomobil dünyasında tutduğu yer bir çoxlarına aydın olur.

image 1

Qısa şəkildə xatırlatmaq üçün deyə bilərik ki, Ramchargerlər  avtomobil yarışları və sürətli mühəndislik sahəsində maraqlarını paylaşmaq üçün işdən sonra axşamlar və həftə sonları bir araya gələn Chrysler əməkdaşları (əksər hissəsi) qrupu idi. Əllinci illərin sonlarına doğru edilən ilkin səylər tam şəkildə Chrysler zavodunun heç bir dəstəyi olmadan, müstəqil olaraq aparılmışdır. Lakin 1961-ci ildə NHRA C/Altered yarışında komada işinin bəhrəsi olan “High and Mighty “49 Plymouth modelinin uğur qazanması nəticəsində onlara ehtiyat hissələr və nəqliyyat vasitələri şəklində korporativ dəstək verilməyə başlayır. 1962-ci ildə işlər daha da üst səviyyəyə yüksəlir –  Chrysler Korporasiyasının idarə heyəti bu işlə ciddi məşğul olmağa və zavodda yığılmış Super Stock liderlik yarışı paketi ilə təchiz edilmiş avtomobilini (413 Max Wedge modelini) təklif etməyi qərara alır.

Thorntonun Chrysler Korporasiyasına 1960-ci ildə qoşulmasına baxmayaraq, 1962-ci ildə o, artıq Yarış Avtomobilinin Dizayn Meneceri vəzifəsinə təyin olunur. O, Dodge liderlik yarışı avtomobillərinin yarışda rəqiblərindən daha üstün keyfiyyətlərə malik olmasını təmin etmək üçün Tom Hoover (öz növbəsində əfsanə olan) və digər Ram üzvləri ilə birgə çalışır.

Bu əfsanəvi Dodge yarış avtomobilini yaratmaq üçün bir çox fərdin istedadlarını birləşdirməsinə baxmayaraq, Thornthon yarış marşrutunda maksimum səmərəliyə nail olmaq üçün ümumi avtomobil paketinin hazırlanması və eyni zamanda sanksiya tətbiq edən səlahiyyətli orqanların qanun kitabını yaradıcı şəkildə şərh etmək üçün cavabdeh idi. Müəllif qeyd etməlidir ki, qoruyucu şüşələrə malik Ray-Ban gözlüyü seçimim Thornthonun qalın-çərçivəli gözlüklərindən ilham almışdır. Mən onlardan Thorntonun Detroit yarış zolağında 426 Race HEMI® modelini ilk dəfə təqdim etdiyi eyni ay və ilə, 1964-cı ilin iyun ayına kimi istifadə etdim. Vurğulamağa zərurət yoxdur ki, Jim Thornton mənim qəhrəmanlarımdan biridir.

OLYMPUS DIGITAL CAMERA

Bu şəkildə Jim 9 aprel 1962-ci ildə keçirilən avtomobil yarışı əsasnasında Detroitdə yarış marşurutunda komandanın hazırladığı ilk 1962 Max Wedge Dart modelini təmizləyir. Dave Rockvellin “Biz Ramchagerlər İdik”adlı kitabında yazılanlara əsasən, bu avtomobil 19 dekabr 1961-ci ildə Dodge Hamtramck, MI, yığma xəttində hazırlanıb. Thorton və digər Ramcharger üzvləri Tom Hoover, Dan Mancini və Tom Coddington şirkətdə tutduqları mövqeylərindən istifadə edərək, örtüklə bağlı razılığa gəlirlər ki, avtomobil yığılarkən heç bir ağır səsboğucu və ya astarlama tətbiq olunmasın. 1962-ci ildə kapot üzərində qabarıq hava barmaqlığı səlahiyyətli orqanlar tərəfindən hələ də qadağan edilirdi, beləliklə kapotun qabığı tam örtülü idi və mühərrik kapotun altındakı isti havanı udurdu. Lakin, şəkildə  kapotun iç səthinin, qanadların və daxili divarların düz qara boya ilə rəngləndiyi nəzərə çarpır. Thornthon onu qəbuledici qurğunun qəbul sıxlığını artırmaq üçün isti havanı mühərrikin boru kəmərindən və karbüratordan uzaqlaşdırmaq məqsədilə tətbiq edir

OLYMPUS DIGITAL CAMERA

Qaydalar kitabında bu cür hiylələlər barədə heç nə yazılmamışdı…hər şeyi düşünən Ramchargerlər idi! 1963-cü ildə Thornton alıcılar yüksək kompressorlu (13.5:1) 426 Max Wedge mühərrikini sifariş etdikləri zaman alüminium gövdə paneli paketinin də daxil edilməsinə kömək edir. Avtomobilin burun hissəsindən təximinən 150 funt azaltmaqla, 26 kalibr alüminium kapot, yan qanadlar və yağ sıçrama qabı üçün istifadə edilir. Xoşbəxtlikdən, normal istehsal ştamplama presləri və ştampları ilə əlavə xərc və vaxt tələb olunmadan yüngül alüminum panellər istehsal edilə bilir. Baza, aşağı-kompressorlu Max Wedge avtomobilləri dəmir qanadlar, bamperlər, kapotlar ilə istehsal edilir və kapot barmaqlığı ilə təchiz olunmurdur. Şəkildə görünən bu kapot barmaqlığı müasir şüşəlifli yeni istehsaldır. Yüksək kompressorlu 1964-ci il buraxılışlı 426 Max Wedge Dodge mühərrikləri, orijinal alüminium kapot hava barmalığı da həmçinin bu gün də son dərəcə dəyərlidir.

Fiat-dan YENİLİKLƏR