MƏXFİLİK

“FCA US” MMC və ailə şirkətimizə xoş gəlmisiniz (bundan sonra “FCA US”). FCA US şirkəti olaraq müştərilərimiz və qonaqlarımızın məxfiliyinin qorunmasının və öz təcrübələrimizdə şəffaf olmağın vacibliyini dərk edirik. Biz, sizin şəxsi məlumatlarınızın necə toplanılması, istifadəsi və paylaşılması barədə öyrənmək istədiyinizi bilir və bizə təqdim etdiyiniz məlumatlar barədə düzgün seçimlər etməkdə sizə kömək etmək istəyirik. Bu Məxfilik Bəyanatı (bundan sonra “Məxfilik Bəyanatı”) FCA US şirkətinin sizin məlumatlarınızı, o cümlədən bizə təqdim edə biləcəyiniz şəxsi məlumatlarınızı və ya bizimlə qarşılıqlı əlaqədə olduğunuz zaman toplaya biləcəyimiz məlumatlarınızı necə topladığını, istifadə etdiyini və qoruduğunu izah edir. Məxfilik Bəyanatı vaxtaşırı olaraq yenilənəcək, bu səbəbdən sənədin vaxtaşırı nəzərdən keçirilməsi xahiş olunur.

Bu Məxfilik Siyasəti FCA US şirkətinin nəzarətində olan vebsaytlar və ya tətbiqlər, o cümlədən mobil, portativ və ya digər simsiz birləşdirilən cihazlardan (“Veb sayt” və ya “Tətbiq”) daxil olunan və ya istifadə edilən FCA US şirkətinin nəzarətində olan tətbiqlər vasitəsilə şirkətin öz müştəri və qonaq istifadəçilərindən məlumat topladığı zaman tətbiq olunur. Təqdim etdiyiniz hər hansı şəxsi məlumat könüllü xarakter daşıyır. “Şəxsi məlumat” dedikdə, sizin şəxsiyyətinizi, yerinizi müəyyən etmək və ya sizinlə əlaqə saxlamaq məqsədilə tək və ya başqa məlumatlar ilə birlikdə istifadə edilən məlumatlar nəzərdə tutulur (məsələn, ad, ünvan, telefon nömrəsi, emai ünvanı və yaşayış ünvanı). Şəxsi Məlumatlarınızı bizə açıqlamaqla və ya bizim Veb sayt və Tətbiqlərdən istifadə etməklə məlumatların qorunması haqqında müvafiq qanuna və bu Məxfilik Bəyanatına (hər hansı Vebsayt və ya Tətbiqin istifadə şərtlərində aydın şəkildə əks olunur) uyğun olaraq məlumatlarınızın FCA US şirkəti tərəfindən toplanılmasına və istifadəsinə etiraz etmədiyinizi bildirirsiniz.