MARKA

MARKA

AŞAĞIDAKI MƏLUMATLAR YALNIZ DEMO MƏQSƏDLƏRİ ÜÇÜN TƏQDİM EDİLİB

Dodge avtomobilinin rəsmi tarixçəsinin 1914-ci ildən başlanmasına baxmayaraq, avtomobil biznesində Dodge qardaşlarının hekayəsinin tarixi daha keçmişə söykənir. Con və Horas Dodge qardaşları Detroit avtomobil sənayesinin yaradıcılarından olmuşlar.

Müvəffəqiyyətli velosiped istehsalçıları və yarışçılar olan Dodge qardaşları 1900-cu ildə ilk şirkətlərini satır və hazırda Detroitin qonşuluğunda olan Qriktaunda yerləşən maşınqayırma sexlərini açaraq yeni biznesə addım atırlar. Ən son istehsal avadanlıqları ilə qardaşların məharətinin birləşməsi sayəsində maşınqayırma sexi qısa bir zamanda şəhərin əsas avtomobil istehsalçılarını mühərrik və avtomobil hissələri ilə təmin edən aparıcı təchizatçıya çevrilir. 1914-cü ilin ortalarında Dodge qardaşları öz avtomobillərini təqdim etdikləri zaman onlar artıq dünyada ən təcrübəli avtomobil istehsalçıları kimi tanınırdı.

İdarəetmənin mərkəzləşdirilməsi üçün avtomobil sahəsində top-menecer axtarışı davam etdirildiyi bir neçə il ərzində şirkət bank komitəsi tərəfindən idarə olunur. Neçə ay ərzində davam edən güclü sənayə dedi-qoduları və arxa planda aparılan qızğın danışıqların bəhrəsi olaraq, 1928-ci ildə əfsanəvi avtomobil istehsalçısı Walter P. Chrysler və Chrysler Korporasiyası Dodge qardaşları şirkətinin yeni sahibləri olaraq meydana çıxır. Tarixdə ən böyük özəl biznes əməliyyatı olduğu deyilən $170 milyon dəyərdində razılaşma Chrysler Korporasiyasının istehsal qabiliyyətini iki dəfə artırır və növbəti onilliklər üçün Dodge brendinin gələcəyini zəmanət altına alır.

Fiat-dan YENİLİKLƏR