Charger

 FCA Importers – Dodge

Charger

MUSCLE HEÇ VAXT DƏBDƏN DÜŞMÜR

İkonik dizayn, işlənmiş gövdə kənarları və heyranedici radiator barmaqlığı cəlbedici və güclü görünüş yaratmaq üçün işlənib-hazırlanmışdır.

İŞİQLARI KƏŞF EDİN

İŞİQLARI KƏŞF EDİN

Yenidən dizayn olunmuş duman əleyhinə LED faralar,  gündüz faraları, modeldən asılı olaraq yeni projektor tipli ön faralar və ya İntensiv İşləyən (HID) faralar

NECƏ İDARƏ OLUNUR?

Son dərəcə cəlbedici doqquz fərqli dizaynda hazırlanmış disklərdən biri ilə avtomobilinizi tamamlayın. Daha böyük təəssürat yaratmaq üçün isə 6 fərqli dizaynda hazırlanmış 20-düymlük disklərdən birini seçin.

QALICI TƏƏSSÜRAT YARAT

QALICI TƏƏSSÜRAT YARAT

Dode Charger modelinin yarımdairəvi ön faralarından yeni idman üslublu bütöv arxa işıqları, o cümlədən arxa və yan işıqlarınadək onun güclü, əzəmətli xarici görünüşünün mükəmməl tamamlayıcı elementləridir.

TƏKMİLLƏŞDİRİLMİŞ İDARƏETMƏ

Sürücü oturacağından arxa oturacağa kimi, Dodge Charger yüksək səviyyədə komfort və idarəetmə əminliyi təmin etmək üçün yaradılmışdır.

ƏZƏLƏLİ AVTOMOBİLİN DİGƏR XÜSUSİYYƏTLƏRİ

ƏZƏLƏLİ AVTOMOBİLİN DİGƏR XÜSUSİYYƏTLƏRİ

Üslub, komfort və texnologiya. Bütöv bir hissə kimi hazırlanmış, litoqrafiya edilmiş alüminum çərçivələrlə işlənmiş sürücü bölməsi 7 düymlük konfiqurasiya edilə bilən rəqəmsal alət displeyi və Uconnect® Sensor Ekran kimi ən müasir xarakteristikaları özündə birləşdirir.

ZADƏGANLARA LAYİQ RAHATLIQ

Yumşaq üzlüklər salona zərflik və komfort bəxş edir, elektriklə tənzimlənən sürücü oturacağı, tənzimlənən pedallar, xarici güzgülər və radiostansiyalar üçün nəzərdə tutulmuş yaddaş sistemi müstəsna rahatlıq təmin edir.

MÖHKƏM DAYANIN

MÖHKƏM DAYANIN

Bu yarış atının sükanından bərk tutun. Dayandırma və sürət dəyişdirmə pedallarına malik Adaptiv Kruiz-Kontrol sistemi kimi funksiyalar ilə, təkmilləşdirilmiş sükan çarxı sizə yollarda tam nəzarəti saxlamağda kömək edəcək.

HƏR KƏSƏ AÇIQ GENİŞ MƏKAN

Yük yerinin və salonun genişliyi sayəsində kifayət qədər geniş sahəyə sahib olacaqsınız. İstər şərnişin, istərsə də yük daşıyarkən, 60/40 dərəcə qatlanan arxa oturacaqlar ayrı-ayrılıqda qatlanaraq lazımi qədər genişliyi təmin edir.