Durango

 FCA Importers – Dodge

Durango

SIRADAN OLANLARLA VİDALAŞIN

Sinfində eksklüziv idman üslublu arxa LED işıq – 192 LED bir bütov qırmızı işıq zolağı yaratmaq üçün birləşdirildi. “Əzələli” Dodge avtomobillərindən ilham alınaraq hazırlanmış Durango çox aqressiv yolsuzluq avtomobilidir.

SƏYAHƏTİNİZİ ALOVLANDIRIN

Gündüz işıqları ilə təchiz edilmiş yeni projektor tipli ön faralar. Avtomatik tənzimləmə texnologiyası yol səthi yüksəkliyində baş verən cüzi dəyişikliklərə uyğun olaraq ön faraların yaxın/uzaq işıqlara keçidini tənzimləyir. Ön Faraların Avtomatik Uzaq İşığa Nəzarət Sistemi avtomatik olaraq uzaq işıqlara keçməsini təmin edir.

DAM DAYAĞINI YIĞIN

N Place® Yığılan Dam Dayağı Sistemi ilə rahatlıqla daşıyın. İstifadə olunmadıqda, aerodinamikanı yaxşılaşdırmaq və küləyin səsini azaltmaq üçün çarpaz dayaqları qatlaya bilərsiniz.

ƏN SƏRT İNSANLAR BELƏ NƏVAZİŞDƏN ZÖVQ ALIR

Dodge Durango sizə cəsarətiniz çatan qədər macəra bəxş etmək və yaşatmaq üçün yaradılmışdır. Siz güclü olmağın nə demək olduğunu az-çox bilirsiniz. Lakin siz dayanmağı və qızılgüllərin ətrini qoxlamağı da yaxşı bilirsiniz. Bu halda isə, ayaq saxlayın və dəri ilə işlənmiş yumşaq toxunuşları hiss edin.s.

DƏBDƏBƏLİ HƏYATA XOŞ GƏLDİNİZ

Dodge Durango avtomobilinin möhtəşəm interyeri bütün hisslərinizi əsir alır. Nappa dəri ilə işlənmiş oturacaqlardan yüksək-keyfiyyətli səs sisteminə və qabaqcıl texnologiyanın bəxş etdiyi əyləncəyə kimi hər şey sizi məftun etmək üçün yaradılmışdır.

DURANGO_DESIGN_BLOCK 6

AĞILLI SÜKAN ÇARXI

Sükan çarxı rahatlıq üçün təchiz olunmuş yüksək-texnoloji xüsusiyyətlər ilə təqdim olunur.