Durango

 FCA Importers – Dodge

Durango

TEXNOLOGİYADA DİGƏR SUV-lar ÜÇÜN NÜMUNƏDİR

Dodge Durango ən müasir funksiyaları özündə birləşdirir ki, bu da hər bir ev əyləncə sistemini hər kəsin həsəd aparacağı dərəcədə maraqlı etməyə kifayətdir. İndiyədək buraxılmış ən qabaqcıl texnologiya ilə təchiz olunan Durango avtomobili.

YOL-NƏQLİYYAT:

Avtomobildə təchiz olunmuş SiriusXM® Nəqliyyat sistemi etibarlı, real zamana uyğun yeniləmələr təmin edir və siz mümkün olan ən tez marşrutu seçə bilirsiniz. Bura qəzalar, bağlanılması planlaşdırılan yollar, yol hərəkəti və ya yol hərəkəti ilə bağlı digər hadisələr haqqında an-ba-an yenilənən məlumatlar daxildir. SiriusXM® Nəqliyyat sisteminə 5 illik texniki xidmət daxildir.

FİLMLƏR VƏ İDMAN:

Bağlı qapılar arxasında əylənmək istədikdə, mövcüd SiriusXM® Səyahət Linki sizi ən son filmlərin nümayiş vaxtları barədə məlumatlı saxlayacaq. O, həmçinin canlı hesab yeniləmələri sayəsində sevimli komandalarınızdan xəbərdar olmanızı təmin edir. SiriusXM Səyahət Linkinə beş illik texniki xidmət daxildir.

HAVA:

Ana Təbiət Durango ilə harmoniyadadır. Mövcud SiriusXM® Səyahət Linki Şimali Amerikada hava dəyişiklikləri barədə an-ba-an məlumat verir.

MOBİL CİHAZ VASİTƏSİ İLƏ UCONNECT® GİRİŞİ:

Avtomobildə təchiz olunmuş Mobil cihaz vasitəsilə Uconnect® Giriş sistemi sayəsində getdiyiniz hər yerə özünüzlə əyləncənizi də götürün. Aha™, iHeartRadio, Pandora® və Slacker kimi proqramlar ilə avtomobildə sevimli musiqilərinizə qulaq asın, xəbərlər və məlumatlardan agah olun. Diqqətinizi yoldan ayırmadan sevimli əyləncəniz ilə məşğul olun.

YANACAQ:

Mövcüd SiriusXM® Səyahət Linki yanacaqdoldurma məntəqələrinin yeri və ya şəhərdə və ya kənarda ən sərfəli yanacaq qiymətlərləri barədə real zamana uyğun məlumatlar verir.

NAVİQASİYA FUNKSİYASI İLƏ UCONNECT® SENSOR EKRAN

Ərazilər və məşhur istiqamətləri təfərrüatları ilə göstərən 3-D xəritələrə malik Uconnect® 8.4AN Sistemi

İKİ EKRANLI BLU-RAY™ VƏ DVD...

Avtomobildə təchiz olunmuş iki 9-düymlük ekrana malik Blu-ray və HDMI girişi olan DVD Əyləncə Sistemini işə salın və ya icazə verin şərnişinləriniz oyun oynamaqdan zövq alsınlar.

7 DÜYMLÜK  RƏQƏMSAL ALƏTLƏR PANELİ

7 DÜYMLÜK RƏQƏMSAL ALƏTLƏR PANELİ

Səs mənbəyi məlumatı, yanacaq qənaəti, avtomobilin vəziyyəti, müxtəlif xəbərdarlıqlar və quraşdırılmış naviqasiya sistemi…

AUDİO:

İstər yerli radiostansiyaları, istərsə də SiriusXM® Peyk radio kanallarını (SXT istisna olmaqla) dinlədiyiniz zaman kanal haqqında məlumat öndə və mərkəzdə əks olunacaq, bununla da heç zaman diqqətinizi yoldan yayındırmalı olmayacaqsınız.

YANACAQ QƏNAƏTİ:

Səyahətinizin hər kilometrini izləyin və rəqəmsal alətlər panelində əks olunan an-ba-an yanacaq qənaəti göstəriciləri ilə idarəetmə vərdişlərinizi yaxşılaşdırmağa çalışın.

XƏBƏRDARLIQLAR:

Ehtiyacınız olduğu zaman çoxlu sayda avtomobil xəbərdarlıqları və parametrləri köməyinizə çatacaq.